Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi

img

02-10-2025 [15:14]


2016-cı ilin noyabr ayından həbsdə olan keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaş azadlığa buraxılması gündəmdədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verr ki, onun azadlığıa buraxılması barədə Avropa İnsan Haqları Məhkəməsinin də qərarı var.

Qərarda türk hökumətinə oktyabrın 8-dək vaxt verilib.

Bu vaxt yaxınlaşdıqca, üstəlik, kürd siyasilərlə yumşalma siyasətinin aktivləşdiyi bir məqamda Səlahəddin Dəmirtaş azadlığa buraxılması qardaş ölkədə əsas müzakirə mövzularından birinə çevrilib.

Məsələyə münasibət bildirən MHP sədrinin müavini Feti Yıldız də onun azadlığıa buraxılmasını mümkün və vacib sayıb:

"Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları Türkiyə Konstitusiyasına görə məcburi icra olunmalıdır. Konstitusiyanın 90-cı maddəsində bu öhdəlik barədə açıq yazılıb. Bu maddə qüvvədə olduğu halda, təbii ki, müəyyən addımlar atılmalıdır. Səlahəddin Dəmirtaş azad oluna bilər".

Xatırladaq ki, Səlahəddin Dəmirtaş 2016-cı ilin noyabr ayından məşhur Kobani etirazında ittiham olunur. Həmin etirazlar zamanı kürd bölgələrində səngər qazılıb, hökumət qüvvələri ilə toqquşmalar olub. Nəticədə xeyli ölən və yaralananlar olub...

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA