Professor türkləri qorxutdu: "Zəlzələyə hazır olun" 

img

02-10-2025 [17:44]


Bu gün İstanbula yaxın ola Tekirdağda baş verən 5 bal gücündəki zəlzələnin İstanbulda da qorxu yaratmasından sonra tanınmış professor Naci Görür yeni xəbərdarlıq yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün Mərmərə dənizində baş verən və vətəndaşların qorxusuna səbəb olan 5 bal gücündə zəlzələnin daha güclü formada təkrarlanma ehtimalının olduğunu deyib.

Professor bildirib ki, yeni zəlzələ aktiv fayın üzərindədir: "Hər an böyük bir zəlzələ baş verə bilər. Əgər gözlənilən Mərmərə zəlzələsindən danışırsınızsa, təəssüf ki, gec və ya tez zəlzələyə hazır olun və ya İstanbula hazırlayın!"

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA