Avropa dünya liderlərini belə qarşılayır (VİDEO, FOTO)

img

05-06-2015 [16:08]


Almaniyanın Münxen şəhərində G7 ölkələrinin samitinə qarşı ilk iri miqyaslı etiraz aksiyası keçirilib.
ANS PRESS-in məlumatına görə, şəhər polisini bildirir ki, aksiyada 34 mindən artıq insan iştrak edib. 

Aksiya "TTİP (Aİ və ABŞ arasında sərmayə və ticarət sahəsində Transatlantik razılaşma)Dayan – İqlimi xilas edək - yoxsulluqla mübarizə” devizi altında keçirilib. 

Bundan əlavə demonstrantlar Aİ və ABŞ arasında azad ticarət zonasının yaradılması barədə planlaşdırılan razılaşmanı tənqid ediblər.

Qeyd edək ki, G7 sammiti 7-8 iyunda Bavariyanın Elmau qəsrində keçiriləcək. Sammitdə Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya iştrak edir. 






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA