“Mən bunu deməyə utanıram, ancaq acgöz məmurlar..." - Saakaşvili

img

23-06-2015 [16:50]


Mixail Saakaşvili Rusiyanın Odessa üçün "Bessarabiya” layihəsinin olduğunu deyib. 

Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, yeni Odessa qubernatoru bu haqda açıqlamanı İCTV kanalına verib. Plan Rusiyanın bu ərazidə nüfuzunu artırmağı nəzərdə tutur. Saakaşvilinin dediyinə görə, Odessa vilayətinin böyük hissəsi Rusiya kanallarına baxır:

"Mən bunu deməyə utanıram. Ancaq Ukrayna Bessarabiyasını Vladimir Putin daha çox düşünüb, nəinki bizim öz hökumətimiz”.

Sabiq Gürcüstan prezidentinə görə, Bessarabiya Ukraynanı Rumıniyaya, oradan da Avropa Birliyinə birləşdirən strateji yoldur. İndi Bessarabiya izolyasiya olunmuş şəkildədir. Onların Ukrayna dövləti ilə əlaqəsi yalnız acgöz məmurlar və heç kəsin təmir etmədiyi yollarla kəsişir.

Qeyd edək ki, Qara dəniz ilə Dunay, Dnestr və Prut çayları arasında qalan ərazi tarixi Bessarabiya sayılır. Ukrayna və Moldovanın tərkibinə daxildir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA