Bələdiyyə sədrinin qətlində yeni həbs

img

08-06-2015 [16:47]


Bələdiyyə sədri Vəsilə Əillhəsənova və onun həyat yoldaşı Vəfadar Əbillhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır.

V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.

Qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb. Bu isə hadisənin tamah məqsədilə törədilmədiyini deməyə əsas verir.

Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda başlanan araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA