Dəhşətli qətllə bağlı daha bir xəbər - Bələdiyyə sədrinin əri aparat rəhbəri imiş

img

08-06-2015 [12:51]


Abşeronun Saray bələdiyyəsi sədri Vəsilə Əbilhəsənovanın özüylə birlikdə öldürülən həyat yoldaşı Vəfadar Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
                   
Bu məlumatı Axar.az-a QSC-nin mətbuat xidmətindən təsdiqlədilər. Bildirildi ki, dəhşətli qətlin səbəbi bələdiyyə sədri ilə bağlı olub və hazırda hüquq-mühafizə orqanları təfərrüatı araşdırır. 
 
Hadisə gecə saatlarında ailənin yaşadığı Saray qəsəbəsindəki evində baş verib. Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayəti törətdiyini etiraf edib. Qatil onların evini də yandırıb. 
 
Artıq Fövqəladə Hallar Nazirliyi də baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 1 otaq və əşyaları 20 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Qeyd edək ki, V.Əbilhəsənova iyunun 8-də doğulub və bu gün 39 yaşını qeyd edəcəkdi.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA