04-06-2015 [13:18]
Qətlə yetirilən Məhəbbət Süleymanovanın atası Nəriman Məsimov ifadə verib. O bildirib ki, qızının uşaqları onlarla birgə qalır. N.Məsimov qızının idarə etdiyi maşınının onlara qaytarılmasını istəyib.
Bundan sonra şahid ifadələri dinlənilməyə başalanılıb. Bu zaman məhkəmə zalından çıxarılan digər şahidlər, zərərçəkənlə təqsirləndirilən şəxsin qohumları arasında dava düşüb. Qarşıdurma bir neçə dəqiqə davam edib.
Hakim Əlövsət Abbasov öncə 15 dəqiqə fasilə elan edib. Sonra isə məhkəmə iclası qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, hadisə Nərimanov rayonun Aşıq Qərib küçəsi, 69 a ünvanında yerləşən binanın qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Süleymanov İlham Elləz oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızını başını kəsərək qətlə yetirib.
Cinayəti törədən şəxsin anası Sona Süleymanovanın sözlərinə görə, qətl namus üstündə olub: "Başını kəsib, sonra isə polisə könüllü olaraq təslim olub. Bir də gördüm ki, 4-5 polis gəlib. Uşaqların heç biri də evdə deyildi. Oğlum 18 il idi dözürdü”.
Həyat yoldaşını qətlə yetirən İlham Süleymanovun valideynləri gəlinilə oğlunun mütəmadi olaraq mübahisə etdiklərini dedilər. Sonuncu dəfə hətta qətlə yetirilən Məhəbbət Süleymanova evdən ayrılaraq bir müddət ayrı yaşayıb.
Cinayəti törədən şəxsin anası Sona Süleymanovanın sözlərinə görə, qadının telefonunda şəkil olub, 10 gün əvvəl isə anasıgilə gedərək orda qalıb.
İlham Süleymanov dəfələrlə Məhəbbət Süleymanova ilə mübahisə etsə də, onlar hər dəfə barışıq əldə ediblər. Hətta İlham həyat yoldaşının istəyini yerinə yetirərək ona avtomobil də hədiyyə edib. Buna baxmayaraq İlham Məhəbbətin evə gediş-gəlişini izləmək üçün mənzilin hər otağına müşahidə kameraları da yerləşdirib. İlham Süleymanovun atasının sözlərinə görə, oğlu işdə gecə növbəsində olduğu vaxt gəlinlərinə tanımadıqları şəxslər elçi də gəlib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Həyat yoldaşını qətlə yetirən İlham Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hadisə yerində araşdırma aparalan istintaqçılar mənzildən maddi sübatları və kamera görüntülərini də götürüblər.
Qətl hadisəsini törədən İlham Süleymanov Bakı Metropolitenində elektrik-mexanik işləyib.
Murad Əhməd
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qəraı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb