İcra başçısı şərlətdi - Hakim çətin vəziyyətdə qaldı

img

03-06-2015 [22:55]


"İyunun 2-də saat 15:00-da hüquq müdafiəçisi, vicdan məhbusu Taleh Xasməmmədovun məhkəməsi olmalı idi. Məhkəmədə iştirak etmək üçün Talehin qohumları, dostları, jurnalistlər Göyçay Rayon Məhkəməsinin qarşısına toplaşmışdırlar. 

"Zərərçəkmiş” Zahir və digər "zərərçəkmişlər” də orada idilər. Məhkəmə iclasını keçirmək üçün hər bir şərait və imkan olsa da, hakim Fərhad Əfəndiyev heç bir səbəb gətirmədən məhkəmənin təxirə salındığını bildirdi”.

Hüquq müdafiəçisinin məhkəməsi müəmmalı şəkildə uzadılır

Bu barədə müsavat.com-a Taleh Xasməmmədovun yaxınları məlumat verdilər. Onlar bildirdilər ki, növbəti məhkəmə iclası iyun ayının 16-a təyin edilib: "Çox çalışsaq da məhkəmənin saat neçəyə təyin edilməsini öyrənə bilmədik. Hakimin prosesi bu şəkildə yubatması ölkəmizin və hakimiyyətin nüfuzuna ziyanı olan bir addım kimi qiymətləndirilməlidir. Çünki günahsız və sifarışli həbs olunanlar Avropa Oyunlarına qədər azad edilməsələr, ölkəmiz beynəlxalq təşkilatlarının haqlı olaraq ciddi qinağına tuş gələcək. Biz dövlətimizin adına xələl gəlməsini istəmirik”.

Onu da qeyd edək ki, T.Xasməmmədovun həbsində Göyçayın icra başçısı M.Ağayevin "xüsusi rolu" olduğu bildirilir. Bu barədə onun anası və yaxınları da mətbuata açıqlama veriblər. Belə ki, həbsinə qədər Taleh Xasməmmədov icra başçısının talançılıq və iri məbləğ hesabına apardığı kadr təyinatları haqda mətbuata danışıb. Elə bunların da onun icra başçısı tərəfindən şərlənərək, həbsinə nail olunduğu bildirilir...



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA