Manyak Bakıda 5 yaşlı qızı zorlayandan sonra necə öldürdü? -Təfərrüatlar açılır

img

29-05-2015 [16:22]



Virtualaz.org saytı Bakının Pirallahı rayonunda 5 yaşlı qızın zorlanaraq qətlə yetirilməsi haqda bəzi əlavə təfərrüatları dəqiqləşdirib.

Qəsəbə sakinlərindən aldığımız məlumata görə, mayın 28-də babası 5 yaşlı A.G.-ni həyətdə gəzməyə çıxarıbmış. Bir müddətdən sonra baba çay içmək üçün evə qalxıb, uşaq həyətdə qalıb, baba qayıdanda azyaşlını həyətdə görməyib.

Qızın axtarışları başlayıb. Saatlarla davam edən axtarış heç bir nəticə vermədiyindən qızın yoxa çıxması barədə polisə məlumat verilib.

Mayın 29-da gecə saat 4 radələrində qızın valideynləri qonşuluqda yaşayan Yakov Çernovun qardaşı ilə birlikdə bağlarında yeri qazdığını görüblər. Şübhələnən valideynlər qardaşlardan gecənin bu saatında bağda nə etdiklərini soruşublar. Qardaşlar cavab veriblər ki, işləyirlər və öz bağlarıdır, özləri bilərlər.

Bu zaman valideynlər onların yanında odeyala bükülü nəsə olduğunu görüblər. Odeyalı açan valideynlər dəhşətli mənzərə ilə üzləşiblər. Odeyalın arasında onların azyaşlı qızlarının cəsədi bükülmüşdü...

Bu təfərrüatlardan məlum olur ki, azyaşlı qızın zorlanaraq vəhşicəsinə qətlə yetirilməsi cinayətində hazırda həbs olunan Yakov Çernov (qəsəbədə onu "Dima” kimi tanıyırlar) yox, həm də qardaşı iştirakçı ola bilər. Amma təbii ki, son sözü istintaq deyəcək.


*   *   *

13:26.

Bakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib.

Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.

Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu - 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. Polisv Çernov Viktoroviçi yaxalayıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saytlardan birinə bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qəsəbə sakinlərindən birinin virtualaz.org saytına bildirdiyinə görə, seksual manyakın azyaşlı qızı boğaraq və küt alətlərlə vuraraq öldürdüyü məlum olub. Manyak bu gün səhər saatlarında cəsədi basdırmağa cəhd edərkən yaxalanıb. Deyilənlərə görə, bu dəhşətli cinayəti törədən manyak Çernov psixi problemləri olan şəxsdir. Amma bu, yalnız versiyadır.

Digər məlumata görə isə qatilin heç bir psixi xəstəliyi olmayıb, o, tam sağlamdır.

Virtualaz.org saytına danışan qəsəbə sakinləri Y.Çernovun təminatlı ailədən olduğunu da vurğulayıblar.

*      *      * 10:12

Bakıda azyaşlı qız itib.

5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə dünən saat 15-16 radələrində baş verib.

Aişənin əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA