23-05-2015 [22:44]
Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında aşağı nəticə göstərmiş abituriyentlər bəzən müxtəlif yollarla dogər ölkələrdə institut və univeristetlərə daxil olurlar. Sonradan isə qanunsuz köçürmələr hesabına Azərbaycanın ali məktəblərində peyda olurlar. Tələbə Qəbul üzrə Dövlət Komissiyasının rəhbərliyi müntəzəm olaraq, bu faktları açıqlayıb. Belə hallar 4-5 il öncə daha kütləvi xarakter daşıyırdı.
Vaxtilə TQDK-nın keçiridiyi qəbul imtahanlarında uğursuz nəticə göstərmiş və Azərbaycandakı heç bir ali məktəbdə oxumaq imkanı qazanmamış gənclərin bir qismi asan yolla tələbə adını qazanmağın yolunu tapmışdılar - Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına daxil olmaq. Qaranlıq yollarla məhz Dövlət İqtisad Universitetinin Dərbənd filialının tələbəsi olanlar da 1-2 ildən sonra Bakıdakı ali təhsil ocağına körülməyə da nail ola bilirdilər. Elə bu qanunsuzluqların nəticəsidir ki, belə gənclərin bir qismi hələ də diplomlarını da ala bilmirlər.
Mia.az xəbər verir ki, İqtisad Universitetinin keçmiş redaktoru, deputat Şəmsəddin Hacıyev bu məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- İqtisad Universitetinin Dərbənd filialında oxuyub, amma diplom ala bilməyən məzunların məsələsi necə olacaq?
- Artıq iki ildir İqtisad Universitetinin Dərbənd filialına qəbul aparılmır. Ondan əvvəlki illərdə isə qəbul qanuna uyğun aparılıb. Həmin tələbələr dövlətin qanuna mwvafiq olaraq müəyyən etdiyi yerlərə qəbul olunublar. Həmin məzunlara da diplomlar verilməlidir və veriləcək. Burada heç bir problem yoxdur. Belə ki, məzun dövlət imtahanı verdikdən sonra münasib qaydada sənədlər təqdim edir. Ondan sonra diplomlar verilir.
- Hazırda diplomunu ala bilməyən məzunlar var. Onların aqibəti necə olacaq?
- Əgər diplomlarını ala bilməyən məzun varsa, deməli, onlar ora qanunsuz qəbul olunublar. Qanuni yolla qəbul olunan məzunlara diplomlar heç bir maneə olmadan verilir. Onlara diplomlar ümumi qaydalar üzrə verilir. Artıq həmin şəxslər diplomlarını alıblar.
Əgər konkret olaraq bir məzunun diplom ala bilməməsi məsələsi varsa, deməli, onun sənədlərini araşdırmaq lazımdır. Bəlkə, həmin məzun haradansa qanunsuz köçürülüb. Hesab edirəm ki, belə hallar da yoxdur. Əgər belə bir məzun varsa, bizə müraciət edə bilər.
Kimlərsə qanuni şəkildə Dərbənd filialına qəbul olunubsa, müvəffəqiyyətlə oxuyub qurtarıbsa və dövlət attestasiyasından da uğurla keçibsə, həmin məzunların diplom almaq problemi yoxdur. Heç ola da bilməz.
- Məzunların bir qismi bir il Dərbənd filialında oxuduqdan sonra təhsillərini İqtisad Universitetində davam etdirə bilmirlər. Bu məsələ ilə bağlı xeyli narazılıqlar var. Bununla bağlı nə deyə bilərsiniz?
- Deyilənlərin çoxu fərziyyədir. Bunlara inanmaq olmaz. Artıq necə ildir ki, ora qəbul dövlət xətti ilə, Rusiya qanunvericiliyinə müvafiq olaraq aparılır. Nazirlər Kabinetinin qərarı ilə xüsusi yerlər ayrılır. Həmin gənclər də orda oxuyurlar. Əyani şöbədə oxuyanlar orada yataqxanada və ya ev tutub qalırlar. Onların bura köçürülməsi də tamamilə qanunauyğundur. Məndə elə bir fakt yoxdur ki, ora kimsə qeyri-qanuni qəbul olub, universiteti bitirib qeyri-qanuni diplom alsın. Belə şey heç vaxt ola bilməz.
- İndiyə kimi Dərbənd filialından İqtisad Universitetinə köçürmələr olubmu?
- Bəli, müəyyən qədər köçürmələr olub. Həmin məzunlar da diplomlarını alıblar. Niyə də almasınlar? Köçürməni kim qadağan edib ki? Əgər hər şey qanuna uyğundursa, sənədləri yerindədirsə, niyə də olmasın. Baloniya prosesinə qoşulmuş istənilən tələbə və müəllim harada təhsilini davam etdirmək istəyirsə, ona kim mane ola bilər? Avropada bir məzun bir universitetə qəbul olub məzun olana kimi ən azı 2-3 universitet dəyişir. Ona görə də bu məsələni bu qədər şişirtmək lazım deyil.
****
Xatırladaq ki, AİDU-nun Dərbənd filialı 1993-cü ildə Azərbaycanın o zamanki prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlayıb.
Fəaliyyətə başladığı dövrdən indiyədək qədər yüzlərlə gənc filialı bitirərək məzun olub.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanıb:
Dünya iqtisadiyyatı;
Maliyyə-Kredit;
Mühasibat uçotu və audit;
Gömrük işinin təşkili;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Qeyd olunan ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya və akkreditasiya verilib. Filiala hər il Azərbaycan tərəfindən ödənişsiz və ödənişli əsaslarla tələbə qəbulu planı verilir. Filialda ödənişsiz əsaslarla təhsil alan tələbələr universitetdə təhsil alan tələbələr qədər təqaüdlə təmin olunurlar. Filial tamamilə Azərbaycan tərəfindən maliyyələşir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."