Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib

img

03-05-2024 [16:11]


Azərbaycanın futbol üzrə U-17 və U-19 millilərinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.

U-19 İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq. Final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA