09-04-2015 [14:59]
Bir il dörd aydır ki, onun arxasınca "sürünürəm”. İndiyə qədər bir manat da olsa pul verməyib. Hər dəfə "bu gün, sabah” deyərək aldadıb” – bu sözləriStrateq.az-aYasamal rayonunda qeydiyyatda olan Cəbrayıl köçkünü Mürvət Abdullayev deyib. O, Rahim Bağırzadənin qaynatasının Yasamal rayonunda yerləşən obyektində kirayə piştaxta götürərək meyvə-tərəvəz satışıyla məşğul olub:

"Rahim Bağırzadə də tez-tez bizim işlədiyimiz yerə gəlirdi. Aramızda şəxsi münasibətlər yarandı. Bir il dörd ay bundan öncə mənim ona etibarımdan istifadə edərək hissə-hissə 40 min manat pulumu aldı. Dedi ki, bu pulla həm biznes işi görəcək, həm də atasının və özünün disklərini buraxacaq. Üstəlik, televiziya proqramlarına çıxaraq reklam etdirəcək. Mən də ona və atasının xalq üçün xidmətlərini nəzərə alaraq istədiyi pulu yarısını özümdən, yarısını da dostlardan taparaq Rahimə verdim. Ancaq indiyə qədər mənim pulumu ödəmir”. Mürvət Abdullayev deyir ki, dostları ondan aldığı pulları tələb edir: "Dostlarımın yanında da etibarımı itirmişəm. Vəziyyətim çox acınacaqlıdı. Hətta Novruz bayramını evimdə keçirə bilmədim. Qaynatasına dəfələrlə bu barədə demişəm. O da iki dəfə vəd verdi ki, pulu ödəyəcək, ancaq alınmadı. Rahim Bağırzadə indiyə qədər 17 nəfər tanıənmış şəxsi yanıma minnətçi göndərərək məndən vaxt istəyib. Beləliklə düz bir il gözləməli olmuşam”. Çarəsiz qalan Cəbrayıl köçkünü sonda hüquq müdafiəçisi Bəxtiyar Məmmədova rəsmi müraciət edib. "İnamla hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov məsələylə bağlı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib. Hüquq müdafiəçisi Strateq.az-a açıqlamasında bildirdi ki, onun üçün çox ağır olsa da məhkəməyə üz tutmalı olub: "Rahim Bağrızadənin məcburi köçkün Mürvət Abdullayevi aldadaraq borc adı altında 40 min manat alması məni çox təəssüfləndirdi. Apardığım araşdırmalardan məlum oldu ki, Rahim bir neçə şəxsi mərhum atasının və eləcə də bir neçə yüksək rütbəli məmurların adını çəkməklə təxminən 700 min manata yaxın məbləği aldatmaq və etibardan sui-istifadə etmək yoluyla özgənin əmlakını mənimsəyib. Onu da deyim ki, Məmmədbağır Bağırzadənin xalqımızın yaddaşında öz yeri var və onun səsi "Qızıl fond”da saxlanılır. Bunun yayılması üçün dələduzluq adı altında Rahimin belə işlər görməsi və mənimsədiyi pullara bu cür don geyindirməsinə ehtiyac yoxdur”. Rahim Bağırzadə Strateq.az-a açıqlamasında Mürvət Abdullayevdən 40 min manat aldığını təsdiqlədi. Bildirdi ki, məcburi köçkündən pulu sələm yoluyla alıb: "Əlimizdə bir-iki şey var onu satıb yaxın zamanlarda Allahın köməyilə qaytarmağa çalışacam”.
Ramin, Strateq.az

.be
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb