Şəkidə 76 yaşlı kişi həyat yoldaşını baltaladı

img

17-03-2015 [10:44]


Şəkidə 76 yaşlı kişi 68 yaşlı arvadını balta ilə qətlə yetirib.

Mia.az xəbər verir ki, bu barədə məlumat Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilib. Məlumata görə, hadisə ötən axşam saat 22 radələrində rayonun Baş Göynük kəndində baş verib.

1939-cu il təvəllüdlü, İslam Zəkəriyyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. İ. Abduyev saxlanılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA