Hamlet İsaxanlı: “Qızım döyülməyib, yalandır...”

img

17-03-2015 [10:06]



Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

İsaxanlı AzVision.az-a açıqlamasında qızının döyülməsinin yalan olduğunu deyib: "Mən indi xaricdəyəm. Axmaqlalar, əclaflar yalan məlumatlar yazırlar. Hər gün evlə əlaqə saxlayıram. Gəlib onların işinə baxaram. Yazılanların hamısı yalandır. Axmaq məlumatlardır. Bu dəqiqə qızım Ülkərlə danışmışam. O, yaxşıdır. Heç bir problem yoxdur”.

Qeyd edək ki, musavat.com saytının yazdığına görə, Ü. İsaxanlı 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA