Bakını ayağa qaldıran yanğın: 33 nəfər təxliyə olundu, 2 nəfər xəsarət aldı

img

12-03-2015 [12:18]


Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Mia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb. Yanğın zamanı binadan 33 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub və 2 nəfər xəsarət alan aidiyyəti üzrə təhvil verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA