Bakıda şirkət rəhbəri ofisində özünü güllələdi - (Yenilənib)

img

11-03-2015 [15:22]


Bakıda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 22/26 ünvanında qeydə alınıb.

Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.

Polisdən həmçinin bildirilib ki, F.Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib.İntihar şirkətin ofisində baş verib.

* * *14:39

Paytaxtda kişi meyiti aşkar edilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində üzərində bir güllə yarası olan, şəxsiyyəti hələlik məlum olmayan kişi meyiti tapılıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA