Bakıda maşında sekslə məşğul olan sürücü öldü - FOTOLAR

img

10-03-2015 [18:34]


Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Sürücü Ramil Həbi oğlu Hacıyev idarə etdiyi "Toyota” markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və sonra bir neçə dəfə aşıb. Qəza zamanı sürücü Ramil Hacıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Aldığımız məlumata görə, avtomobildə qadın sərnişin də olub. Lakin həmin şəxs qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakıda ölümlə nəticələnən qəzanın baş verməsinin bəzi təfərrüatları məlum olub. 

"Report”un məlumatına görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb və oral sekslə məşğul olmağa başlayıblar. Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi "Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA