07-03-2015 [15:22]
Əməkdar artist Tünzalə Ağayeva:

"Bu mövzu ilə bağlı mənə dəfələrlə sual veriblər. Amma yenə də həmin fikrimdə qalıram. Deputatlığa namizədliyimi verməyi düşünmürəm. Daha çox sosial-aktiv olmaq istəyirəm, nəinki siyasətə qatılmaq. İndiki vaxtda deputat olmaqla bağlı qətiyyən fikirləşmirəm. Gələcəkdə isə nəyin baş verəcəyini bilmirəm. Bəlkə beş ildən, bəlkə 10 ildən sonra, özümü cəmiyyətə deputat kimi xeyirli hiss etsəm, namizədliyimi də verəcəyəm”.
Aparıcı-bəstəkar Murad Arif:

"Belə bir məqsədim yoxdur. Bu gün yalnız sevdiyim işlə, musiqi ilə məşğulam. Qarşıma qoyduğum hər bir məqsədə çatmağı bacarıram. Nə vaxtsa millət vəkili olmaqla, daha faydalı olacağımı düşünsəm, bilin ki, dərhal namizədliyimi irəli sürüb, millət vəkili də olacağam. Bəlkə də 10 ilə... Çoxları şan-şöhrət, hörmət üçün bu sevdaya düşür. İndi buna hazır deyiləm”.
Xalq artisti Səməd Səmədov:

"Millət vəkili olmaq istəmirəm. Çünki bu, daha məsuliyyətli bir işdir. Müğənniliklə cəmiyyətdə öz sözümü deməyə çalışmışam. Artıq elə bir yaş dövründəyəm ki, bundan sonra başqa bir sahədə çalışmağım çətin olar. Ona görə də elə oxusam yaxşıdır”.
Əməkdar artist Elza Seyidcahan:

"Mənim millət vəkili olmaq istəyimlə bağlı olan açıqlamam müzakirələrə səbəb oldu. Bir çoxları fikrimi tənqid etsə də, məni dəstəkləyənlər də çox idi. Çox şadam ki, fikrim bu cür reaksiya, münasibət doğurub, mütləq seçkilərdə mandat üçün namizədliyimi irəli sürəcəm. Qərarımı vermişəm, fikrim qətidir”.
Prodüser Təranə Səmədova:

"Nə yalan deyim... Bu barədə düşünmüşəm. Gələcəkdə namizədliyimi irəli sürmək istəyirəm”.
Müğənni Əli Mirəliyev:

"Hər kəs bacarığı işlə məşğul olmalıdır. İndi bəzi müğənnilər var ki, orda oturub milli məclisdə yer tutublar. Məsələn, Zeynəb Xanlarova yaxşı işlər görür. Amma başqa incəsənət adamları sadəcə oturublar orda. Mən millət vəkili olsa idim, çox işlər görərdim. İlk növbədə xalqın musiqisini öz qaydasına qoyardım. Özümdən savayı Alim Qasımov, Azər Zeynalov, Teymur Əmrahı millət vəkili kimi görürəm. Çünki onlar oxumaqda öz sözlərini deyiblərsə, millət vəkili kimi də öz sözlərini deyə bilərlər”.
Əməkdar artist Nüşabə Ələsgərli:

"Heç vaxt düşünməmişəm ki, millət vəkili olaram. Olsaydım, çalışardım ki, dövlətimiz üçün xeyirli işlər görüm”.
Müğənni Roza Zərgərli:

"Şou-biznesdən baş aça bilmirəm, siyasətdən necə baş açım? Heç zaman millət vəkili olmaq istəməmişəm. Amma incəsənət sahəsində tanınmağım bu mənə bəs edər. Millət vəkili olmaq daha məsuliyyətli bir işdir”.
Müğənni İradə İbrahimova:

"Milli Məclisdə təmsil olunmaq böyük məsuliyyətdir. Özümü gələcəkdə deputat kürsüsündə görmək istəyərəm. Amma bu gün sənətəyəm. Bu sahədə daha peşəkaram. Milli Məclisin üzvü olmaq məsuliyyətini daşımaq üçün bir qədər zamana ehtiyac var”.
Müğənni Ayan Babakişiyeva:

"Həyatda hər şey ola bilər. Demokratik respublikada yaşayırıq. Bəlkə mən də öz namizədliyimi irəli sürdüm. Niyə də yox?”
Əməkdar mədəniyyət işçisi Aşiq Samirə:

"Taleyin işini bilmək olmaz. Hər şey qismətdir. Özümü hələ ki, deputat kimi hiss etmirəm. Bu çox məsuliyyətli bir işdir. Bu sahədə işləmək üçün çox çalışmaq lazımdır. Əgər mən 2 nəfərin problemini həll edə bilmirəmsə, cəmiyyətin işlərinə necə yardımçı ola bilərəm ki? Özüm daxil olmaqla şou-biznesdə heç kimi orda görmürəm”.
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb