Komitə sədri Mirqafar Seyidovla görüşəcək

img

05-03-2015 [11:54]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovla görüşəcək.

Bu barədə AzVision.az-a E. Behbudov özü məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını qeyd edib:

"Görüşdə apardığımız monitorinqlərin yekunları və insan haqqlarının pozulması hallarını müzakirə edəcəyik”.

Hüquq müdafiəçisi qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin Mərkəzi saxlanma yerində də monitorinq keçirəcəklər. O, həmçinin bildirib ki, Şəki, Zaqata, Balakənin polis şöbələrinə də baş çəkəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA