DİN-dən özünü güllələyən polislə bağlı açıqlama - Rəsmi

img

23-02-2015 [13:33]


Daxili işlər Nazirliyi polis baş serjantının intiharı ilə bağlı məlumat yayıb. Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev "Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb. Hadisə yerinə baxış zamanı "Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA