03-03-2015 [15:26]
AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 05 dekabr 2014-cü il tarixli, 9/1 saylı qərarına əsasən, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın ilk iclasi keçirilib.
Mia.az xəbər verir ki, Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxışında institutun nəzdində yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın fəaliyyətinin tənzimlənməsi və orada qeyd edilən məqsədlərin idarə olunması işində Pedaqoji Şura qarşısında çox ciddi tələblər qoyduğunu xüsusi vurğulayıb.
Direktor qeyd edib ki, geniş elmi və pedaqoji ictimaiyyəti əhatə edən şuranın işi ictimai əsaslarla nəzərdə tutulduğundan informasiya texnologiyalarının imkanlarından istifadə edərək prosesin sadələşdirilməsi və səmərəliliyinin artırılması vacib məsələlərdən biridir.
Məlumat üçün bidirək ki, AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarına əsasən ARTPİ-nin nəzdində yaradılan Pedaqogika və Psixologiya Problemləri üzrə ELMİ ŞURA-nın sədri Təhsil Problemləri İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovdur.
İclası Elmi Şuranın sədri İntiqam Cəbrayılov davam eləyib. O, Elmi Şuranın əsas məqsədinin aşağıdakı fəaliyyət istiqamətlərində özünü əks etdirdiyi barədə danışıb:
• Pedaqogika və psixologiya elmlərinin və texnologiyalarının inkişaf meylləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi;
• Elm və təhsilin inkişafının təmin edilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması;
• elmi-texniki potensialın qorunması;
• Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi;
• Elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və s. Istiqamətlərdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi;
• Elmi tədqiqatların əlaqələndirilməsi, mövzuların təkrarlanmasının qarşısının alınması;
Şuranın fəaliyyətinin tənzimlənməsi və idarə olunması işi institutun eyni adlı-əlaqələndirmə şöbəsinə həvalə edilmişdir.
Qeyd edək ki, yeni yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın tərkibinə 20 nəfərdən ibarət tanınmış pedaqoq və alimlər daxildir: Şuranın elmi katibi ARTPİ-nin Təhsil üzrə elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əli-Paşa Zeynalov, üzvləri ARTPİ-nin elmi katibi, pedaqogika üzrə elmlər doktoru Akif Abbasov, Qafqaz Universiteninin ibtidai sinif müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Əjdər Ağayev, ADPU-nun Pedaqoji fakultəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Fərrux Rüstəmov, ADU-nun Linqvodidaktika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Gülnar Hüseynzadə, ARTPİ-nin Elmi pedaqoji kadrların hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru Hümeyir Əhmədov, BDU-nun Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Ləzifə Qasımova, NMİ-nun rektoru, pedaqogika üzrə elmlər doktoru Oruc Həsənov, ARTPİ-nin Müəllim hazırlığının kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru Müdafiə Mahmudov, ARTPİ-nin Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru Piralı Əliyev, ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru Ramiz Əliyev, AMİ-nin Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Rüfət Hüseynzadə, ADPU-nun Riyaziyyat və onun ibtidai kursunun nəzəri əsasları kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Seyidağa Həmidov, ARTPİ-nin elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru Yəhya Kərimov, ARTPİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, ARTPİ-nin Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyev, ADBTvəİA-nın idman işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyev, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Rəna İbrahimbəyova.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."