20-02-2015 [15:33]
Müsahibim meyxanaçı Nofəl Ağdamlıdır. Nofəl Hüsaməddin oğlu Məmmədov 1987-ci ilin dekabrın 23-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. Orta təhsilini Quzanlıda alıb. Hərbi xidmətini başa vurduqdan sonra meyxana sənətini təkmilləşdirmək üçün Bakıya gəlir. Burada məşhur meyxana ustadlarından meyxananın sirlərini öyrənir. Ağamirzə, Kərim və Mehman Əhmədli kimi populyar meyxanaçılardan bəhrələnir. Nofəl Ağdamlını meyxanaya gətirən səbəb uşaq vaxtı ədəbiyyata bağlılığı olub. Ədəbiyyat sevgisinin ona babası, Quzanlı kənd məktəbində ədəbiyyat müəllimi olmuş mərhum Əfqan Məmmədovdan keçdiyinə inanır. Məhz orta məktəbdə oxuyarkən N.Ağdamlı ara-sıra meyxana deməyə başlayır. Kənar təzyiqlər və yaxınlarının onu ali məktəbdə görmək istəklərinə qarşı çıxaraq, öz seçdiyi yolla gedir. O, şəxsi həyatındakı adamı belə meyxana yolunda qurban verib. Qarşısına seçim kimi qoyulan şərtlərin heç birisini meyxanaya dəyişməyib. Sənətdə addımlamağa özündən yaşca kiçik olan qardaşı, tanınmış meyxanaçı Vilayət Ağdamlının dəstəyiylə başlayıb.
- Meyxananın o qədər də populyar olmadığı bir bölgədə yetişmisiz. Bəs, Ağdamda sizdən başqa məşhur meyxanaçılar varmı?
- Var. Elnur Ağdamlı, Elməddin Avaz, Vilayət var. Vilayət mənim kiçik qardaşımdır. Amma kiçik olmasına baxmayaraq, meyxananı ondan öyrənmişəm. İlk addımlarımda o mənə böyük dəstək olub. Natiq, Xeyri, Tural da var. Xocalıdan İsmət var, yaşı az olmasına baxmayaraq onun sənətini çox bəyənirəm.
- Lakin iddia edilir ki, meyxana sırf Bakıya məxsusdur və bakılı meyxanaçılar bölgə sənətkarlarından daha peşəkardırlar.
- Meyxana Azərbaycana məxsusdur, tək Bakıya şamil etmək olmaz. Məsələn, muğamın mərkəzi Qarabağ hesab olunur. Meyxananın mənbəyi də Bakıdır. Lakin digər bölgələrdən də bu sənətdə öz sözlərini deyən meyxanaçılar yetişir. Meyxananı Bakı bəhrələndirib. Düzdür, Bakı meyxanaçılarının bilgisi regionda olan əksər meyxanaçılardan daha çoxdur. Bir məclisə düşəndə onlar öz bildiklərini deyəcəklər, regiondan olanlar da öz bildiklərini. Amma Bakı meyxanaçılarından çox şey öyrənmək olar. Çünki Bakının əhatə dairəsi genişdir və məlumat zənginliyi var.
- Musiqili meyxanaya münasibətiniz necədir? Məsələn, belələrinin arasında Pərviz Bülbülə, Namiq Qaraçuxurlu və Üzeyirin adlarını çəkmək olar.
- Kütlə bunu tələb edir. Lakin Üzeyirlə Namiq Qaraçuxurlunu eyni tutmaq olmaz. Namiqin yolunu mən də qəbul edirəm, kütlə də bunu qəbul edir. Bu gün musiqili meyxanadan tamamilə uzaq olan sənətkarlarımız da çoxdur. Buna görə də onları el şənliklərinə aparmırlar. Toyların əksəriyyətində insanlar musiqli meyxana tələb edirlər. Toylarda hərdən mənə də sifariş verirlər, istəklərini yerə salmaq olmur. Əgər səni istəyib aparıblarsa, deməlisən.
- Meyxana, yoxsa bədiyə?
- Bir ara belə fikir ortaya atdılar ki, meyxanaya bədiyə deyilsin. Ancaq bunu heç kəs qəbul etmədi. Meyxana sevən adam bunu qəbul etməz. Nəticədə ortaya atılmış fikir söz olaraq qaldı. Amma bədiyə sahəsində qalanlar da oldu. Həmin sahədə olanların bəziləri sonradan meyxanaya qayıtdılar. Bu gün çox az sayda bədiyə deyənlər var. İndi onlar nə vaxtsa fikirlərini dəyişib qayıdar meyxanaya, yoxsa tutduğu yolda axıra qədər gedər, bu artıq onların biləcəyi işdir.
- Kimlərdir onlar?
- Namiq Məna, Cavid, Balabəy, Gülağa və sair. Onlar da meyxana yox, bədiyə dediklərini bildirirlər.
- Belə bir iddia da var ki, Elşən Xəzər və Mehman Əhmədli Bakı kəndlərində toyları monopoliyaya alıblar və bədiyə deyənləri toylara buraxmırlar.
- Tamamilə yalan məlumatdır. Düzdür, meyxanaçılar arasında qruplaşmalar formalaşır. Bəzən mənə deyirlər ki, səni bir toya çağırırlar, amma bəzi şairlər var, deyirlər ki, mən orada olacamsa, gəlməyəcəklər. Bəzi tanınmış simalar var ki, öz reklamlarını tutublar və gənc nəslin onlardan qabağa getmələrini istəmirlər. Əgər bir meyxanaçıdan çəkinmirəmsə, heç vaxt demirəm ki, o gəlirsə mən orda olmayacam. Bunun arxasında isə Elşən Xəzər və Mehman Əhmədli dayanmır, tamam başqa qruplardır.
- Ümumiyyətlə, meyxanaçıları toylara çağrırlar?
- Əlbəttə. Biz xalqdan dolanırıq. Tez-tez el şənliklərinə dəvətlər alırıq. Bütün bölgələrdə toylarda olmuşam. Az sayda region olar ki, orada olmayım.
- Bəzi meyxanaçılar deyişmələrdə vulqar sözlər və söyüşlərdən çox istifadə edirlər. Söyüşsüz mümkün deyil?
- Mümkündür. İstedad varsa, söyüş söymədən də deyə bilərsən. Yeni yetişən meyxanaçı nəsli az hallarda vulqar sözlərdən istifadə edirlər. Bəlkə də əvvəllər belələrinə tez-tez rast gəlmək olardı, amma indi yox. Heç vaxt söyüşlü meyxanaya rast gəlməmişəm. Meyxana demək Allah vergisidir, onu hər formada demək olar. İndiki nəsil müasir meyxana deyir, daha yaxşı deyir.
- Lakin həmin söyüş və vulqar ifadələrə görə, meyxananın küçə folkloru nümunəsi olduğunu deyənlər də var.
- 30 il bundan əvvəl – meyxananın qadağan olunan vaxtları, belə bir iddia mümkün idi. Bu illərdə el şənliklərində meyxana deyənləri tutub aparırdılar. Həmin dövrü Ağasəlim, Ağamirzə, Kərim, Məşədibaba, Vüqar, Mehman Əhmədli görüb. Ancaq onlar da meyxana sənətinin yaşamasına çalışıblar. ANS telekanalı da meyxana sənətinə böyük dəstək oldu. Yusif müəllimin də meyxananın gündəmdə qalması üçün çəkdiyi zəhmətləri unutmaq olmaz. İndi o küçə sənətindən əsər-əlamət yoxdur. Amma indi meyxana sənəti əvvəlki illərdən daha çətindir, amma inkişaf edib.
- Bayram Kürdəxanalı həbs olunanda polisə verdiyi ifadədə dedi ki, narkotikanı meyxana demək üçün qəbul edib. Bu nə dərəcədə doğru yanaşmadır?
- Hər meyxana deyən narkotika qəbul etmir. Hər bir insanın öz mövqeyi var. Mən özüm nəinki narkotika qəbul edirəm, heç spirtli içki də içmirəm. Onların yaxınlığından belə keçmirəm. Mənim yanımda belə bir vəziyyətlər yaranmayıb, heç vaxt görməmişəm.
- Niyə efirə çıxmırsız?
- Ortalıqda görünmək üçün efirə əli çatan adamın yaxınında olmalısan. Həmişə belə adamlardan qaçmışam. Heç vaxt kiminsə hesabına irəli getmək istəməmişəm. Bu ittihamı heç vaxt da kənardan özümə qarşı dedizdirməmişəm. Amma indi yenidən efirə çıxmaq istəyinə düşmüşəm. Allahın izni ilə inanıram ki, alınar.
- Lakin siz heç telekanallarda keçirilən meyxana müsabiqələrində də görünmədiniz?
- ANS-də keçirilən "De gəlsin” yarışmasının seçim turlarında iştirak etdim. Birinci turu uğurla keçdim, amma ikinci turda haqsızlıq olduğu üçün əsas mərhələdən kənarda qaldım.
Mənsur Rəğbətoğlu
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb