Moteldə baş verən qətlin təfərrüatı - FOTO

img

17-02-2015 [15:14]


Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" motelində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.


Hüquq-mühafizə orqanlarındanReport-averilən məlumata görə,keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov istintaqa ifadə verib.

Məlum olub ki, o, hadisə günü keçmiş həyat yoldaşı1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda "VAZ 2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünüizləyən zaman isəZ.İsmayılov onların motelə daxil olduğunun şahidi olub.Z.İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi"VAZ 2107" markalı maşının təkərlərini bıçaqla deşərəkboşaldıb.

Sonra otağa daxil olan Z.İsmayılov V.Abdullayeva ilə mübahisə edərək "Burada nə gəzirsən" deyə soruşub. Keçmiş arvadı isə onu təhqir edib.Buzaman Z.İsmayılov üzərində gəzdirdiyi bıçaqla V.Abdullayevanı qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Qeyd edək ki, Z.İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı V.Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırmışlar.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA