DİN əməliyyat keçirdi - 7 nəfər saxlanıldı

img

11-02-2015 [16:39]


Respublikanın daxili işlər orqanları cinayətkarlığın profilaktikası məqsədilə Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər ki, nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayətkar aləmə meyilli, sahibkarlardan hədə-qorxu ilə pul tələb edən 7 nəfər saxlanılıb. Yevlax sakinləri olan bu şəxslərin 5-i əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.

Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA