Bakıda daha bir şok olay: nişanlısını bıçaqladı, qardaşını öldürdü

img

17-02-2015 [11:40]


Bu gecə Bakının Səbail rayonunda törədilmiş qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən şəxsin 1981-ci il təvəllüdlü Mustafayev Rasim Teymuraz oğlu olması müəyyən edilib. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
 
Bildirilir ki, R.Mustafayev E.Hüseynlinin bacısı Türkanın nişanlısı olub. Bu gecə 34 yaşlı Rasim onların evinə gəlib və bacı ilə qardaşı bıçaqlayıb. E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. T.Hüseynova isə ambulator müalicəyə yazılıb.
 
Faktla bağlı cinayət işi açılıb.
 
 
***

APA-nın məlumatına görə,  33 yaşlı Türkan Elçin qızı Hüseynova və onun qardaşı 24 yaşlı Elvin Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 
 
Xəstəxanadan verilən məlumata görə, döş qəfəsindən 4 bıçaq zərbəsi alan Elvin Hüseynli xəstəxanaya çatdırılarkən yolda keçinib. Türkan Hüseynova isə, xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra evə buraxılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, hadisəni Türkan Hüseynovanın tanışı Rasim adlı şəxs törədib. Belə ki, evdə heç kim olmadığı zaman Rasim Türkanın yaşadığı mənzilə gələrək orada gizlənib. Türkan, Elvin və anaları evə gələndə Rasim özü ilə gətirdiyi bıçaqla onları vurub və qaçıb.
 
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA