Daha bir məşhur "Qanuni oğru" həbs olundu - FOTO

img

12-02-2015 [23:00]


Rusiyanın Sankt-Peterburq şəhərində Lekso Qalski ləqəbli "qanuni oğru" saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Gürcüstan sakini Peterburq restoranlarından birində saxlanılıb.

""Lekso Qalski" Rusiya ərazisindən iki dəfə çıxardılıb. Axırıncı dəfə Yoşkar-Olinsk şəhər məhkəməsinin qərarı ilə ölkədən çıxarılıb. Ancaq, o məhkəmənin qətnaməsinin icrasından yayınıb və Sankt-Peterburq şəhərində olub", - deyə açıqlamada bildirilir.

Bundan başqa hüquq-mühafizə orqanlarının əməkdaşları "qanuni oğru"nun üzərindən 5 qram heroin götürüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA