Polisi döyüb paltarını cırdılar

img

16-02-2015 [14:40]


Dünən gecə saatlarında Bakıda polis serjantı döyülüb.

"Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əld etdiyi məlumata görə, saat 22:00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib. Hadisəni Masallı rayon sakinləri 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədib.

Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.

Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA