Yol polisi rüşvətlə yaxalandı - VİDEO

img

13-02-2015 [20:26]


Oxuculardan biri Avtosfer.az-a yol polisi əməkdaşının sürücüdən rüşvət aldığı əks olunan video göndərib. 

Həmin video 11 sentyabr 2014-cu il tarixdə Sahid Mehdizadə adlı şəxs tərəfindən Youtube sosial şəbəkəsində yayılıb. Videodan da göründüyü kimi, 6156 nömrəli yol-patrul xidməti avtomobili «Mersedes» markalı avtomobili saxlatdırıb. Sürücü DYP avtomobilinə yaxınlaşıb və qısa söhbətdən sonra əlini cibinə salan sürücü maşında oturan yol polisi əməkdaşına pul verir və hər iki tərəf öz yoluna davam edir. Hadisənin ən maraqlı tərəfi isə odur ki, yol polisi əməkdaşları günün günorta çağı, yolun ortasında, insanların gözünün qarşısında da bu cür biabırçı hərəkətlərdən çəkinmirlər…


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA