Nazir oğlanlarının Bakı macəraları - VİDEO

img

15-02-2015 [23:14]


Bakıda motosikleti saatda 300 km sürətlə idarə edən sürücülərin videosu yayılıb. 

Avtosfer.az xəbər verir ki, Bakıda lentə alan kadlardan da bəlli olur ki, sürücülər aeroport yolunda avtoxuliqanlıq edir. Belə ki, maksimum 120 km/saat sürət olan yolda onlar 300-lə sürürlər.

Qeyd edək ki, bəzi saytlarda bu görüntülərdəki nəqliyyat vasitəsi avtomobil kimi qeydə olunsa da, videodan aydın görünür ki, Heydər Əliyev prospektində 2 motosiklet yarışır. Onlar hərdən sürəti 300-ə qaldırırlar. Olduqca təhlükəli manevrlər edən motosikletçilər heç nədən çəkinmirlər.

Videonun dəqiq tarixi məlum deyil. 

Xatırladaq ki, ötən il gecələr şəhərdə səsboğucusundan gurultulu səslər çıxan motosikletələrə qarşı yol polisi tərəfindən kütləvi reydlər keçirilirdi. Buna səbəb isə aeroport yolunda, daha sonra Mərdəkan və Buzovna qəsəbələrinə gedən yolda bir neçə sürücünün gecə vaxtı əhalinin dincliyini pozması idi. Yol polisi bir gecədə 3 motosiklet sürücüsü saxlamışdı ki, onlardan biri nazir oğlu, digəri isə başqa bir nazirin bacısı oğlu idi. Üçüncü şəxs onların dostu olub. 

Maraqlısı budur ki, həmin motosikletçiləri yol polisi saxlayaraq polis bölməsinə aparsa da, sonradan sərbəst buraxılmışdılar. Elə həmin gündən də Bakıda motosiklet sürücülərinə qarşı sərt addımlar atılldı.

Onu da qeyd etmək lazımdır ki, oğlunun polis bölməsinə aparılmasını özünə yaraşdırmayan nazirin mücadiləsindən sonra motosikletçiləri saxlayan yol polislərinin biri işdən çıxarılıb, ikisi isə sərt şəkildə cəzalandırılıb. İşdən çıxarılan polis zabiti hazırda başqa vəzifədə çalışır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA