Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib

img

20-02-2015 [12:17]


Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı Qadın Məsləhətxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günəş Cəmil qızı Ustayeva abort olunmaq üçün qadın məsləhətxanasına gəlib. G.Ustayeva abort masasına çıxmamış dünyasını dəyişib.
İlkin məlumata görə, G. Ustayeva üzərində abort keçirilməsinə anası tərəfindən məcbur edilsə də, son anda buna razı olmayıb.
10 saylı Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənova APA-ya Günəş Ustayevanın qadın məsləhətxanasında ölməsi faktını təsdiqləyib: ”Prokurorluq əməkdaşları hazırda poliklinikadadır. Həmin qadın burda xəstəlik tarixçəsi açdırandan sonra
qəflətən ölüb. Qadına bizim tərəfimizdən heç bir müdaxilə olunmayıb. Hadisə 15 dəqiqə bundan qabaq olduğuna görə, bizdə başqa məlumat yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA