Şəhvət, cazibədarlıq, seks... (FOTO)

img

14-02-2015 [20:35]


Alimlərə əsasən aşiq olmaq kimyəvi prosesdir və onun əsasında həyatda sağ qalmağı təmin edən bir sıra reaksiyalar durur. Xəstəlikdən fərqli olaraq bunlar öz əksini əllərin tərləməsi, iştahanın itməsi, ürək döyünməsinin artması kimi müəyyən edilən fiziki simptomlarda tapır. Məhəbbət şəhvət, cazibədarlıq, bağlılıq və ya uzunmüddətli əlaqələr kimi bir neçə mərhələdən ibarətdir. Onların hamısı kimyəvi maddələrin yaratdığı reaksiyalarla müşayiət olunur. 

ANS PRESS-in BBC Azərbaycana istinadən verdiyi məlumata görə, Nyu Cersidəki Rutgers Universitetinin tədqiqatçısı Helen Fişer bu mərhələlərin ardıcıllığının fərqlənə biləcəyini deyir.

Şəhvət mərhələsində əmələ gələn seks hormonları çütləşmə partnyorunun axtarışına sövq edir. Öncədən bağlılıq hissi daha sonra dərin romantik duyğular və sonda intim yaxınlıq istəyi yarana bilər. Yaxud da seksual cazibədarlıq məhəbbət, dərin hissiyyat və bağlılığa çevrilə bilər. Belə də ola bilər ki, dəlicəsinə vurulduğunuz şəxslə intim yaxınlıq əlaqələrin son mərhələsinə təsadüf etsin"- deyə Fişer bildirir.

Alimlər hər bir mərhələnin yaranmasına aid kimyəvi elementlərin rolunu müəyyən ediblər.

Mərhələ 1: Şəhvət

Şəhvət hissiyyatına bədəndə əmələ gələn testosteron və estrogen cinsi hormonları cavabdehdir. Testosteron kişilərlə yanaşı qadınlarda da cinsi yaxınlıq istəyinin əmələ gəlməsində əhəmiyyətli rola malikdir.

Mərhələ 2: Cazibədarlıq
Bu mərhələdə sevgi atəşinə tutulanlar məhəbbətdən başqa heç nə görmürlər. Aşiqlərdə iştaha itə və onların yuxusu da qaça bilər. Belələri saatlar ərzində sevgi obyektləri barədə xəyallara dala bilərlər. Cazibədarlıq mərhələsində monoamin adlanan neyro-ötürücülər qrupu mühüm rol oynayır.
Dopamin - həmçinin kokain və nikotin təsirillə aktivləşir. Noradrenalin - eyni zamanda adrenalin də adlanır. Bu hormon tərləmə və ürək çırpınması yaradır. Serotonin - aşiqləri müvəqqəti çılğın edən ən mühüm sevgi hormonlarından biridir.

Mərhələ 3: Bağlılıq

Əgər əlaqələr üzunmüddətlidirsə, bağlılıq cazibədarlıq ardınca gələn mərhələdir. Bu mərhələ dünyaya övlad gətirən çütlüklərin bir yerdə qalmasından ibarətdir. Sosial bağların möhkəmlənməsinə iki hormonun cavabdeh olduğu güman edilir. Vazopressin - uzunmüddətli əlaqələr mərhələsində iştirak edən daha bir mühüm kimyəvi maddədir. Araşdırma göstərir ki, erkək çöl sıçovullarında bu maddənin bloklanması çütlüklər arasında bağlılığı qəfil zəiflədərək partnyoru yeni rəqiblərdən qorumaq instiktindən məhrum edir. Oksitosin - doğuş vaxtı hipolatalamus vəzində sintez olunan hormondur. O həmçinin südün əmələ gəlməsində iştirak edir və ana ilə övlad arasında bağların möhkəmlənməsinə kömək edir. Bu maddə həmçinin hər iki partnyorda orqazm vaxtı əmələ gəlir. Nəzəriyyəyə görə cinsi təmasların sayı artdıqca əlaqələr də dərinləşir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA