14-02-2015 [19:15]
Xalq yazıçısı Çingiz Abdullayev uşaqlıq illərdən, məşhur sinif və tələbə yoldaşları ilə bağlı maraqlı xatirələrindən danışıb.
Mia.az iki yüzə yaxın kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin Lent.az-a müsahibəsini təqdim edri:
Məktəbə 1966-cı ildə gedib. Bakının 189 saylı orta məktəbinə. Təhsili rusca alı. 49 il əvvəli belə xatırlayır.
- Balaca uşaq idim. Anam gətirdi. Mən kitab oxumaq istəyirdim. Bədii. Yadımdadı, kitabı da özümlə aparmaq istədim, qoymadılar. Düzdü, sonralar aparırdım da. Müəllimlər də əlimdən alırdılar. Dərsdə bədii kitab oxumayım deyə. İlk dərs günü bufetdə xərcləyim deyə, 20 qəpik pul vermişdilər. O vaxt üçün çox böyük pul idi bu. Və mən bufetdə 20 qəpiyin hamısını xərclədim.
- Neçənci partada oturudunuz?
- Ən axırda tək. Boyum hamıdan hündür idi. Uşaqlara mane olmayım deyə, on il ən arxa partada oturdum. Universitetdə də.
- Bu sizdə kompleks yaratmırdı?
- Əksinə, bütün qızlar, oğlanlar mənə hörmət edirdilər. Sinifdə üzümü də hamıdan birinci mən qırxmışam. Yeddinci sinifdə.
Və ilk müəlliməsindən danışır. Yevgeniya Petrovna Vaysberqdən.
- Yəhudi idi. Xasiyyəti çox tünd. Bir şey xoşuna gəlməyəndə döyürdü uşaqları. Qulaqlarını bururdu uşaqların. Mənim qulağımı burmayıb amma.
- Çingiz Abdullayev necə şagird olub?
- Heç kəsə qulaq asmayan. Həmişə öz fikrim vardı. İndi də eləyəm. Tale elə gətirdi ki, məni 30 yaşımda Azərbaycan Yazıçılar Birliyinə katib seçildim. Hələ də burda çalışıram. Bizdə generallar çoxdu, maşallah, nazirlər də. Xalq yazıçıs cəmi 6 nəfərdir. Mən fəxr edirəm ki, Azərbaycan ədəbiyyat tarixində yeganə yazıçıyam ki, 45 yaşımda xalq yazıçısı olmuşam. Buna baxmayaraq, mən min il çalışmalıyam ki, Səməd Vurğun səviyyəsinə çatım. Çox adam da bilir ki, mən Azərbaycandan pul da almıram. Hamısını köçürürəm uşaq evlərinə. Burdan maaş da almıram. Burda yeganə adamam ki, hökumət maşınından da imtina etmişəm. İyirmi ildi. Müşavirin də burda xidməti maşını var, "zavxoz”un da. Mənə lazım deyil. Öz maşınlarımla gəzirəm, öz sürücülərim var. Mən sərbəstəm. Uşaqlıqdan belə olmuşşam. Əgər belə olmasayadım, kitablarım da oxunmazdı. Oxucular görsələr ki, kimdənsə qorxuram, kimdənsə asılacağım var, kitablarımı oxumazdılar.
-Döyülmüşünüz?
- Məktəbdə yox, amma həyətdə bir oğlan məni və məndən iki yaş kiçik qardaşımı döyürdü. Hər dəfə həyətə çıxanda bizə toxunurdu, sonra döyürdü. Axırda başa düşdük ki, biz bacarmayacağıq. Bizdən 4-5 yaş böyük idi. Qardaşımla birləşib onu blokda yaxşıca döydük. Ondan sonra bir daha bizə əl vurmadı. Mən o vaxtdan bildim ki, pis adamlarla danışmaq mənasızdır. Ruslar demiş, "Dobro doljna bıt kulakamı”. Bəzi əclafa silllə vuranda, o daha yaxşı başa düşür, nəinki çox söz deyəndə.
- Dalaşqan olmusunuz...
- Dalaşmağı indi də sevirəm. Təəssüflər olsun ki, indi qoymurlar. Elə adamlar var ki, döymək lazımdır.
- Kim qoymur?
- Anar müəllim. Bir dəfə onun kabinetində istəmişəm özünü pis aparan bir nəfəri döyəm. Anar qoymadı. Və inandırım sizi ki, döyərdim də. Bəlkə də Anar düz elədi qoymadı. Sonra başa düşdüm ki, mən düz eləmirəm. Çünki mənim boyum 1.87, onun boyu isə mənim belimdən, 1.57 idi. Üstəlik mən yüz kiloyam, o qırx kilo (Gülür).
- Hələ də görüşdüyünüz sinif yoldaşlarınız var?
- Var. Eləsi var, hətta bizim uşaqlarımız da bir sinifdə oxuyub.
- Məktəb illəri necəydi?
- Çox gözəl illəriydi. Evimiz "Azərnəşr”lə üzbəüz idi. Orada çox tanınmış insanlar yaşayırdı. Nazim Hüseynov, görkəmli dramaturq Ramiz Fətəliyev, Mərkəzi Komitədə işləyən Fərid Musabəyov, dahi bəstəkarımız Fikrət Əmirov... Məktəbin zəngi vurulub bitinə qədər, mən evdən məktəbə çatırdım. Orada üç məktəb bitişik idi. Bülbül adına Musiqi Məktəbi, 190 saylı məktəb və bizim məktəb. Məktəbimizin sağ tərəfində Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin binası yerləşirdi. Atam da heyətin sədri idi. Və öz kabinetindən baxanda, bizi görə bilirdi. Tənəffüs olanda qardaşımla qaçırdıq ora. Onun katibələri bizə çay, bulka verirdi. Məktəbi xoşlayırdım, amma kitab oxumağı daha çox xoşlayırdım. Olimpiadalarda birinciliklərim çox olub. Amma dərsləri xoşlamırdım. Mənə insanlarla ünsiyyətdə olmaq maraqlıydı, müəllimlərlə yox. Beşdə oxuyanda, onuncu sinfə qədər olan tarix kitablarını artıq oxumuşdum. Tarixdən bir dənə də olsa, dördüm olmayıb. Hamısı "əla” idi. Tarix, ədəbiyyat və coğrafiya sevdiyim fənlər olub. Yəqin buna görə də, hüquqşünas oldum. Riyaziyyat, fizikadan da olimpiadada birinciliklərim olurdu. Amma xoşum gəlmirdi o fənlərdən. Səhərdən axşamacan axırıncı partada oturub kitab oxuyurdum.
-Oxumağa neçə yaşınızdan başlamısınız?
- Beş. Bəlkə də dörd. Məktəbə gedəndə hardasa 50-ə yaxın uşaq kitabı oxumuşdum. "Qulliverin səyahəti”, "Robinzon Kruzo”, "Don Kixot”... Atam Naxçıvan Muxtar Respublikasının, Bakı Şəhərinin prokuroru olub. Sonra Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri işlədi. Evdə çox zəngin kitabxanamız vardı.
Sinifdə 35 şagird olduqlarını deyir. Və başlayır adlarını bir-bir sadalamağa.
- SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, görkəmli həkimimiz Fərid Mahmudov, Moskvada işləyən Vladimir Qromov, Kosmik İnstitutda işləyən Yulian Podqornıy... Hamısının adı və familiyası yadımdadır. Gələn il 40 il olacaq ki, məktəbi bitirmişik. Gələn il həm də dostluğumuzun 50 ili olacaq. Amma bizlərdən heç kim özünü digərindən yuxarı tutmur. Biz dostuq, uşaqlıq dostu. Görüşəndə uşaqlıq illərimizi xatırlayırıq. Mən dostlarımla fəxr edirəm!
- O illərdən ən yadda qalan bir xatirənizi bizimlə bölüşərdiniz.
- Futbol Assosiasiyası düzəltmişdik. Stolüstü futbol üzrə məktəblərarası ciddi çempionatlarımız olurdu. Universitetdə oxuyanda da futbol komandamız vardı. Qapıçımız indiki Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev, müdafiəçimiz milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Əli Şəfiyev, o biri müdafiəçimiz ağır cinayətlərin sədri Mahmud Nəbiyev, kapitanımız "Standart holdinq”in vitse-prezidenti Rəhman Babayev, hücumçumuz Moskvada çox tanınmış biznesmen Natiq Ağamirov və başqaları olub. Komandanın prezidenti mən idim. Mən görürdüm ki, uşaqlar məndən qat-qat yaxşı oynayırlar. Əslində, hansı mövqedə istəsəm oynaya bilərdim. Amma oynamırdım. Sizə bir sirr açım, üstündən 40 il keçib, danışmaq olar. Hərdən pulla da oynayırdıq. Yaxşı pul qoyurduq. Təbii ki, mən istəyirdim ki, biz udaq. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da tələbə yoldaşım olub. O vaxt dərsdə vaxtı ləngitmək lazım idi. Mən də durub müəllimə ingilis konstitusiyasından danışmağa başladım. Bir saat danışandan sonra müəllim dedi ki, çox sağ ol, amma İngiltərədə konstitusiya yoxdu axı. Bir saat danışdın, bizi ləngitdin. 34 ildir "Çingiz” deyilən kimi Fuad bunu hamıya danışır. Nəinki Azərbaycanda, xaricdə də (Gülür).
- Dərsdən qaçmısınız?
- O qədər. O vaxtların məşhur "Bitls” qrupu vardı. Uzun saç saxlayırdılar. Məktəbdə də təbii ki, icazə vermirdilər. Bir gün dərsə uzun saçla gəldik. Bizi dərsdən qovdular ki, hamınız getməlisiniz bərbərxanaya. Mən və Elşad qaçdıq, başımızı qırxdırmadıq. O birilər məcbur oldular getdilər bərbərxanaya. Onlar da protest olaraq olaraq, başlarını keçəl qırxdırdılar. On dördü də. Qızlar gülməsin deyə, dərsdə papaqda oturdular. "Zavuç” gələn kimi qışqırdı ki, papaqlarını çıxarın. Sonra mən konkurs keçirib 14 nəfər arasından ən gözəl keçəli seçdik. Ən maraqlısı budur ki, üstündən 50 il keçib, o 14 nəfərin hamısının saçı qalıb. Amma iki nəfər ki, o vaxt saçını qırxdırmamışdı, indi onlar keçəldilər. Mənlə Elşad. Allah bizin cəzamızı verib (Gülür).
- Eşq, məhəbbət?
- Bir qızdan xoşum gəlirdi. Sonra dostuma ərə getdi. İndi Volqoqradda yaşayırlar.
Müsahiblərim adətən son zəngindən danışanda "sadə” deyirlər. Xalq yazıçısının isə "Son zəng” deyəndə gözləri gülür.
- Heç vaxt yadımdan çıxmaz. Həmin il məktəbimizdə bütün məzunlara metroya pulsuz bilet verdilər. Səhərəcən harasa istəsək pulsuz gedə bilək. Yeyib-içəndən sonra gəldik metroya. İndiyə qədər bilmirəm ki, hansı stansiya idi, çıxdıq ki, heç kim yoxdu. Havayıdır deyə gəzirdik.
Sonda ənənəvi sual. O vaxtkı təhsillə indiki təhsil arasındakı fərq.
- 25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm. Dünyada yeganə millətik, müəllimlərə pul veririk ki, bizi öyrətməsin. Xahiş edirəm, al bu pulu, uşağa beş yaz, qoy, axmaq qalsın. Öyrətmə. Ermənilər də pul verir, ingilislər də, ruslar da. Amma onlar pul verirlər ki, müəllim daha yaxşı öyrətsin. Mən uşaqlar tanıyıram ki, beş il universitetə getməyib. Pul göndəriblər. 50-60-cı illərdə rektorlar ciblərindən pul verirdilər ki, uşaqlar oxusun. İndi bəziləri fikirləşirlər ki, necə pulları yığaq? Bir vaxtlar müəllim ən hörmətli söz olub. Kənddə ən hörmətli söz müəllimlərin olardı. İndi gülməlidir. Müəllim sözünü lağ-lağaya qoyurlar. O vaxt şagirddən "rüşvətdi” deyib gül almayan müəllim, bu gün siyahı tutub şagirdlərdən pul yığır. Bilirsiniz nəyə görə belə olub? Çünki Allahsız yaşayırıq. Heç nə qalmayıb. Nə vicdan, nə ləyaqət, nə Allah. Əgər heç nə yoxdursa, onda hər şey eləmək olar. 17-ci ildə SSRİ-də inqilab olanda bizə elan elədilər ki, Allah yoxdur. 70 il cəmiyyət Allahsız yaşadı. Düzdü, ədəbiyyat vardı, namus, qeyrət vardı. Özünü nalayiq aparmazdılar. Utanardılar. 91-də SSRİ dağılandan sonra bizə dedilər ki, Allah da yoxdu, vicdan da. Biz başladıq Allahsız, vicdansız yaşamağa. Son 10 ildə də bizə deyirlər ki, ləyaqət kimə lazımdı? Əsas puldu. Pul oldu, hər şey olacaq. Pul yoxdu, sən heç kəssən. Biz indi belə yaşayırıq.
Türkiyədə zəlzələ olub - 5.4 bal gücündə
"Rusiyaya ən ağır zərbələri vuracağıq" - Zelenski
III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb
Aşqabaddan İstanbula uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Amerikalı nazir: "Azərbaycanın böyük enerji ehtiyatları var və..."
Misir prezidenti: "İsraillə müharibəyə girə bilmərik"
GENERAL VƏZİFƏDƏN AZAD EDİLİB - Fərid Əsgərov əmr imzalayıb
İntim videoları ilə məşhurlaşan FHN-nin polkovnikinə "yox" deyildi
Prezidentin əlindən tutduğu Nilay: "Soruşdu ki, harada qalıram?" - VİDEO, FOTOLAR (YENİLƏNİB)
İkinci Şəhidlər xiyabanının adı dəyişib - Açıqlama
Yol (esse)
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb