“Azərbalıq”ın prezidenti məhkəmə zalında həbs edilib

img

13-02-2015 [14:49]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə. Mustafayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ə. Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, Ə. Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA