Baş Prokurorluq Abşeronda baş verən yol qəzası ilə bağlı məlumat yayıb

img

11-02-2015 [15:39]



Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədən sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonunun hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək tutulub.
Belə ki, fevralın 6-da saat 06:50 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1961-ci il təvəlüdlü Rzayev Rza Mirzə oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Aparılan təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin "İJ 27175” markalı, 10-RJ-948 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini, 1980-ci il təvəllüdlü İsmayılov Rəvan Məqami oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA