Dəhşət! Bu ölkədə hər 4 saatda bir qadın zorlanır (VİDEO)

img

17-02-2015 [10:38]


Bir neçə gün əvvəl Türkiyədə zorlanaraq öldürülən Özgəcan Aslanın taleyi bir sıra ölkələrdə təcavüz hadisələrinin qarşısının alınması barədə etiraz çıxışlarının yaranmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, təcavüz hadisələri ilə ən çox gündəmdə olan ölkə Hindistandır. Ölkədə səs-küy yaradan təcavüz hadisəsi isə 2012-ci ildə yaşanan kütləvi zorlama olub. Zorlamada günahkar bilinənlərə edam cəzası verilib və qurulan komissiya cəza qanununu dəyişdirmək üçün təkliflər irəli sürmüşdü. Lakin cəza qanununa edilən dəyişikliklər təcavüz hadisələrinin qarşısını almadı. 

Bu tip hadisələr il ərzində 10 min dəfə artdı. Yəni bu o deməkdir ki, Hindistanda hər 4 saatda bir qadın zorlanmağa məruz qalır.

Ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilsə də, bütün bu etirazlar insan nəfsinə qarşı çıxmağa kifayət etmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA