“Erməni psixologiyası” kitabının təqdimat mərasimi oldu

img

11-02-2015 [14:32]


Bu gün Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda jurnalist, institutun əməkdaşı Eldəniz Elgünün "Erməni psixologiyası” kitabının təqdimatı olub. 

Tədbirdə çıxış edən Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli bildirib ki, bu gün prezident İlham Əliyevin tapşırığı ilə ermənilərin saxtakarlıqları, qondarma erməni "soyqırım”ının ifşası istiqamətində akademiyada ciddi işlər görülüb. O, "Erməni psixologiyası” kitabınıda bu işin tərkib hissəsi kimi dəyərləndirdi və dedi ki, bu səpkidə ilk yazılan kitab xüsusi əhəmiyyət daşıyır. Akademik müəllifə buna görə təşəkkürünü bildirdi və bu istiqamətdə araşdırmaların davamlı olmasını qeyd etdi.

Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək "Erməni psixologiyası”nı ciddi araşdırma işi kimi dəyərləndirdi:” Bu kitab ilk nümunədir və bununla bütün dünyaya ermənilərin əsl kimliyini göstərə bilərik. Hesab edirəm ki, kitab başqa dillərə də tərcümə olunmalıdır. Bununla bağlı artıq işlər həyata keçirilib və yaxın günlərdə "Erməni psixologiyası” kitabı Türkiyədə çap ediləcək”. 

Həmçinin, kitabın müəllifi Eldəniz Elgündə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi və yaxın zamanlarda kitabın həm də inglis və rus dilində çap ediləcəyini söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA