Sabiq səfir istefa verdi - Hulusi Qılıç seçkiyə qatıldı

img

10-02-2015 [19:08]


Türkiyə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi əlaqələr şöbəsinin rəhbəri, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Qılıç bu il Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə tutduğu vəzifədən istefa verib.
 
Məlumata görə, diplomat kimi Hulusi Qılıç XİN-də müxtəlif vəzifələrdə işləyib. 2008-2012-ci illərdə Azərbaycan Türkiyənin böyük elçisi olaraq fəaliyyət göstərən Hulusi Qılıç iki qardaş ölkə arasında siyasi, sosial, mədəni və digər sahələrdə daha da əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm işlər həyata keçirib.

Azərbaycan Respublikası prezidenti tərəfindən iki ölkə arasında əməkdaşlığın daha da inkişafı istiqamətində xidmətlərinə görə, ölkəmizjn ən ali mükafatını alan ilk türk diplomatıdır Hulusi Kılıç.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdə Hulusi Kılıç Ərdoğanın protokol şöbəsinin müdiri kimi də fəaliyyət göstərib və baş nazirin xarici səfərlərində onu müşaiət edən nümayəndə heyətinin tərkibində yer alıb.

Hulusi Kılıç diplomat kimi Suriyanın Hələb şəhərində baş konsulu vəzifəsini də icra edib. Suriya üzrə siyasi mütəxəsislərdən sayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA