Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib

img

02-10-2025 [17:28]


Türkiyədə "Gəzi Parkı" olaylarında aktiv yer aldığı üçün həbs olunan, dünən isə şərti azadlığa buraxılan  menecer Ayşe Barımla bağlı bu qərar etiraz doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğu məhkəmə qərarından protest verib.

Prokurorluq onun azadlıqda şahidlərə təsir etmək imkanlarının olduğunu və üstəlik, cinayətin ağırlığını nəzərə alaraq hökmün dəyişilməsinə və Ayşe Barımın təkrar həbsini tələb eidb: "Məhkəmə protesti dəyərləndirəcək"

Xəbərdə o da deyilir ki, məlumatı duyan Ayşe Barımın evində halı pisləşib və o, xəstəxanaya aparılıb.

 Xatırladaq ki, Ayşe Barım 2013-cü ildə yaşanan Gəzi olaylarında aktyor, aktrisa və müğənniləri iqtidara qarşı qaldırmaqda və hakimiyyəti zorla devirməyə cəhdə ittiham olunur.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA