ABŞ-dakı yəhudi icmasından Azərbaycan yəhudilərinə önəmli jest - FOTO

img

06-02-2015 [21:26]


ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqu tərəfindən Azərbaycan DağYəhudiləri İcmasına Tövrat (Sefer Torah) hədiyyə edilib.

Azərbaycanın Los-Anclesdəki Konsulluğundan Mia.az-a verilən məlumata görə, xüsusi perqament üzərində tərtib edilmiş Tövrat Los Ancelesdə yaşayan yəhudi icmasının yığdığı ianələr hesabına İsraildə hazırlanıb.

Kaliforniya yəhudilərinin 400 nəfərdən çox aparıcı nümayəndəsi bu tədbirdə iştirak edib. Mərasimdə Azərbaycandan olan nümayəndə heyəti də yer alıb.Nümayəndə heyətində Azərbaycanın DiniQurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan Milli Məclisinin deputatıYevda Abramov, Azərbaycan DağYəhudiləri Dini İcmasının sədri MilixYevdayev və həmin icmanın ravvini AvraamYakubov iştirak edib. 

Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və İsrailin baş konsulu Deyvid Siql çıxış ediblər.Çıxışında N.Ağayev Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edərək, ölkəmizdə müxtəlif dini etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyinivurğulayıb.

N.Ağayev həmçinin, bir neçə gün əvvəl İsrail prezidenti Ruven Rivlinin BMT-də Holokostun beynəlxalq anımı günüilə bağlı etdiyi çıxışı zamanı Xocalı qətliamı barədə danışmasına diqqət çəkərək, bunun yüksək tarixi, siyasi və mənəvi önəm daşıdığını bildirib.  

Çıxışlardan sonra Tövratı Azərbaycanda yəhudi icmasına təqdim edilib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA