Mərdan Camalovun şübhəli susqunluğu və ya idarə müdiri haqqında şok iddia

img

07-02-2015 [21:33]


Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasovun öz işində yol verdiyi ciddi nöqsanlarla bağlı maraqlı fakt yayılıb.

Mia.az Xalqxeber-ə istinadən xəbər verir ki, Şirvanda dövlət səviyyəsində görülən işlərin müqabilində Əziz Abbasov bütöv bir şəhərin turizm obyektlərinin sırf şəxsi məqsədləri naminə istismar edir: "O, hər ay şəhərdə fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzlərində müəyyən olunmuş məbləğdə "haqq” toplayır. Bundan əlavə, qəsəbələrdə fəaliyyət göstərən, adı olub, özü olmayan mədəniyyət evləri və klublar müdir üçün dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevrilib. Belə ki, onların vasitəsilə Əziz Abbasov hər il dövlətin külli miqdarda vəsaitini mənimsəməklə məşğuldur".

Məlumatda o  da qeyd olunur ki, Əziz Abbasov idarə və onun tabeliyində olan klub və kitabxanalarda "ölü canlar" saxlamaq üzrə də ustalaşıb.

Maraqlı məqam budur ki, şəhərin icra başçısı Mərdan Camalov hələ də  Əziz Abbasovdan hesabat tələb etmək niyyətində deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA