Müğənni Elnarə ilə bağlı yeni xəbər

img

06-02-2015 [20:05]


Müğənni Elnarə Azərbaycanının siması seçilib.

Mia.az xəbər isə müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə təmsil olunacaq. TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi Türk Dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində "Avaz” adlı Türk Dünyasının birliyini əks etdirən mahnı yazılıb. Mahnının ifası üçün  hər bir Türk xalqını təmsil edən müğənni seçilib. Təşkilatçılar Azərbaycanın siması üçün Elnarəni seçiblər.  
 
Bir neçə gündən sonar yaradıcı heyət klip çəklişləri üçün Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq.  Klip və mahnı TRT Avaz və bütün Türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səslənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA