Rusiyaya qarşı öldürücü plan işə salınacaq

img

19-01-2015 [10:49]


Avropa Parlamentində Rusiyanı SWİFT sistemindən ayırmaq niyyətinin ciddi olduğu təsdiqlənib.

 Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin Ukraynaya qarşı təcavüzünün davam edəcəyi təqdirdə ABŞ və Avropa Birliyi sanksiyaları gücləndirəcək. 

Bu barədə Avroparlamentin vitse-prezidenti Rışard Çarnetsikiy açıqlama yayıb. Onun sözlərinə görə, Avropa Parlamenti tərəfindən Rusiya rublunun dönərliliyinin məhdudlaşdırılması məsələsinin qoyulması atom silahına bərabər bir şeydir. 

"Rusiya bilməlidir ki, bu, bizim növbəti sanksiyamız olacaq. Belə bir deyim var, nüvə silahının üstünlüyü o deyil ki, onu tətbiq eləmək olar, odur ki, onunla hədələmək olar” - əlavə edib qurum rəsmisi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA