Poroşenko Putinin təklifini rədd etdi, döyüş qızışdı - Video

img

19-01-2015 [00:41]


Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin təklifini rədd edib.

Putinin separatçılarla döyüşlərdə ağır artilleriyadan istifadə edilməməsi təklifinə Ukrayna prezidentinin cavabı özünü çox gözlətməyib. Poroşenko qarşılığında heç bir şey təklif olunmadığından Putinin təklifindən imtina edib. 

Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın bu addımından təəssüfləndiyini bildirib. 

"Moskva Ukraynada baş verən döyüşlərdən çox narahatdır. Yenə Donetskdə dinc insanlar ölür, yaşayış sahələri atəşə tutulur".

Bu arada Donetsk aeroportu yaxınlığında separatçılarla Ukrayna ordusu arasında qızğın döyüşlər davam edir.
Axar.az xəbər verir ki, dünəndən Putilovski avtovağzalında başlayan atışma ağır artilleriya zərbələri ilə müşayət olunur. Artilleriya atəşi Putilovski körpüsü də dağıdıb.
 
Videoda uzaqdan iri çaplı silahlardan istifadə edildiyi aydın sezilir.
 
Qeyd edək ki, az öncə Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Poroşenkoya çağırış edib.
 
Hələlik, Poroşenkonun bu müraciətə rekasiyası bəlli deyil.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA