Qadın ərinin cinsiyyat orqanını kəsdi

img

14-01-2015 [14:43]


Çində bir qadın ərinin cinsiyyat orqanını 2 dəfə kəsib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "The New-York Post” nəşri yayıb.

Qadın bunu ərinin ona xəyanət etməsinə görə etdiyini açıqlayıb.

Hadisə dünən baş verib. 21 yaşlı Fenq Lunq aşkar edib ki, 32 yaşlı əri Fan Lunq ona xəyanət edir.


Ər arvadının mobil telefonundan sevgilisinin email adresinə məktub göndərib, ancaq telefonda adresdən çıxmağı unudub. Qadın isə email adresində olan bütün yazıları oxuyub.

Bütün bunlara görə bərk hirslənən Fenq qayçı götürərək yataq otağında ərinin cinsiyyat orqanını kəsib. Həkimlərin səyilə orqan yerinə bərpa edilib. Ürəyi soyumayan qadın isə xəstəxananın palatasına girərək ərinin cinsiyyat orqanını kəsərək pəncərədən bayıra tullayıb.

Qadın hadisə yerindən qaçsa da, əri qanı tökülə-tökülə onu haqlayıb və möhkəm döyüb. Hazırda Fenq həbs edilib.

Kişinin isə cinsiyyat orqanı tapılmayıb. Polis hesab edir ki, onun bayırda olan ya pişik, ya da it yeyib.


Fan Lunqun 5 uşağı olduğu haqda da məlumat yayılıb. Onun bu qadınla birgə övladının olub-olması isə bəlli deyil.

Onun 21 yaşlı sevgilisi Janq Xunq isə bu hadisəni soyunqanlı qarşılayıb: "Bu, məni maraqlandırmır, onsuz da onun 5 uşağı var idi”.

"The Shanghaiist” yazır ki, qatil qadını 10 il həbs cəzası gözləyir.

Belə hadisənin baş verməsi Çində ilk dəfə deyil. Ötən ilin sentyabrında bir qadın ərinin cinsiyyat orqanını kəsərək unitaza tullayıb və suyu buraxıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA