DİN əməkdaşları əməliyyat keçirdi, saxlanılanlar var

img

12-01-2015 [18:52]


Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəsimi Əliyevdən 1 kiloqram 715 qram marixuana və 34,34 qram həşiş götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini, əvvəllər məhkum olunmuş Vidadi Cəfərovdan 1 kiloqram 75 qram marixuana götürüblər.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA