Salyan postunda rüşvət olayı, xanım sürücü şikayətlənir

img

12-01-2015 [22:43]


Sürücü Fəxriyyə Kazımova Salyan postunda yol polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Avtosfer.az saytına müraciət edib. 

Xanım sürücü bildirib ki, ötən il dekabrın 28-də Salyan postundan bir kilometr keçdikdən sonra postun əməkdaşları onun avtomobilini saxlayaraq saxlama işarəsinə məhəl qoymamaqda günahlandırıblar. 

Sürücü bildirir ki, postun əməkdaşlarına yol polisinin ona saxlama əmri vermədiyini dedikdən sonra yol polisi əməkdaşları başqa bəhanə taparaq sürücünü sürət həddini aşmaqda günahlandırıblar: 

"Həmin gün avtomobili mən idarə etməsəm də, sürücünün yanında əyləşmişdim. Biz postu keçdikdən bir qədər sonra saxladılar ki, sizə «saxla» işarəsi verdik, postda dayanmadınız. Mən onlara qəti şəkildə bildirdim ki, siz bizi postda saxlamamısınız. Bundan sonra sənədlərimi alıb baxdılar. Cəriməmin olmadığını gördükdə dedilər ki, sürət həddinin 60 km/saat olduğu yolda 110-la hərəkət etmisən. 

Onlardan bunu təsdiqləyən fakt tələb etsəm də, mənə kameradan heç nə  təqdim etmədilər. Dedilər ki, qanunla sənə üst-üstə 250 manat cərimə düşür, bu məbləğin yarısını ödəyib cərimədən azad ola bilərsən. Mən sürət həddini pozmadığımı, o qədər pulumun da olmadığını dedikdən sonra bildirdilər ki, 20 manat cərimə yazılacaq, əlavə 15 manat də "hörmət" etsəm məsələ yoluna qoyula bilər. Naəlac qalıb yol polisinin 20 manat cərimə, 15 manat rüşvət təklifi ilə razılaşdım. Yol polisi avtomobili idarə edən sürücüyə 20 manat cərimə yazdıqdan sonra onlara 15 manat verərək yola düşdük. Bu postdan demək olar ki, bütün sürürüclər narazıdır. Yol polisləri əsas olmadan gələni də saxlayır, gedəni də. Sürət həddini pozmaq adı ilə saxladıqları sürücülərdən rüşvət tələb edirlər. Əgər mən sürət həddini aşmışdımsa, niyə mənə qanuna müvafiq şəkildə cərimə yazmağa yox, rüşvət almağa üstünlük verdilər? Bu postda yol polisi əməkdaşlarının rüşvət tələbinə son qoyulmalıdır».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA