Ağstafada dünən nişanı olan oğlan yol qəzasında ölüb

img

12-01-2015 [13:19]


Ağstafa rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

 

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan sərnişinlər Aşağı Kəsəmən kənd sakinləri - 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

 

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA