Mingəçevirdə ana doğuşdan sonra ölüb

img

13-01-2015 [13:52]


Mingəçevir şəhərində doğuşdan sonra ölüm hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Hümbətova Esmira Rafiq qızı normal doğuş sancıları ilə xəstəxanaya gətirilib. Təbii doğuş yolu ilə övladını dünyaya gətirən qadının vəziyyəti təxminən 20 dəqiqə sonra pisləşib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyət isə normal qiymətləndirilir.
Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA