Üç hakimin başı dərddə - Cinayət işi

img

12-01-2015 [12:41]


Azərbaycanda məhkəmə sədri barəsində intizam icraatına başlanılıb. 

Mia.az xəbər verir ki, bu barədə "Report"a ədliyyə orqanlarından bildirilib. Belə ki, Məhkəmə-Hüquq Şurası tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib.

Həmin hakimlərdən biri isə Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.

Qeyd edək ki, M.Əkbərov 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının (MR) ədliyyə naziri, 2000-2007-ci illərdə Naxçıvan İqtisad Məhkəməsinin sədri işləyib. O, 2007-ci ildən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA