DİN yanğınla bağlı xəbər yaydı

img

12-01-2015 [15:29]


Daxili İşlər Nazirliyi dünən Lökbatanda baş verən hadisə ilə bağlı məlumat yayıb. 

Nazirliyin məlumatına görə, yanvarın 11-də saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. 

Nəticədə 60 kvm. sahədə ev əşyaları yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA